Bakı. Trend:
Avstraliya 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında oynamaq hüququ üçün qitələrarası pley-off mərhələsində Perunu məğlub etdi.
Trend-in məlumatına görə, bu ölkədə keçirilən oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında avstraliyalılar daha dəqiq olub - 5:4.
Avstraliya D qrupunda Fransa, Danimarka və Tunislə mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.