...

Dani Alves yenidən "Barselona"dan ayrılıb

İdman Materials 16 İyun 2022 06:34 (UTC +04:00)
Dani Alves yenidən "Barselona"dan ayrılıb

Bakı. Trend:

Braziliyalı müdafiəçi Dani Alves "Barselona"dan ayrılır. Kataloniyalılar iyunun 30-dək qüvvədə olan müqaviləni yeniləməyəcək.

Trend-in məlumatına görə, müdafiəçiyə Avropa klublarından bir neçə təklif gəlib.

Futbolçu artıq sosial şəbəkələrdə azarkeşləri ilə vidalaşıb:

"Bu, kluba, bu rənglərə və bu evə həsr etdiyim 8 il idi... Amma həyatda hər şey kimi illər keçir, yollar ayrılır, hekayələr yenidən yazılır. Futbola qədər hələ çox illər keçdi və həyat mənə vidalaşmaq üçün buraya qayıtmaq fürsəti verməyi qərara aldı. Təşəkkür edirəm".

Bundan əvvəl braziliyalı futbolçu 2008-2016-cı illərdə "Barselona"da çıxış edib və klubla 23 kubok qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti