...

Gənc idmançımızdan 3 medal

İdman Materials 27 İyun 2022 12:52 (UTC +04:00)
Gənc idmançımızdan 3 medal

Bakı. trend:

İyunun 25-26-da Macarıstanın Budapeşt şəhərində kişi idman gimnastikası üzrə gənclər arasında 7-ci Beynəlxalq Budapeşt Kuboku keçirilib. Yarışda ölkəmizi yığma komandamızın üzvləri Aydın Əlizadə, Rəsul Əhmədzadə, Anar Həsənov təmsil edib.

Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən bildirir ki, Aydın Əlizadə sərbəst hərəkətlər və dayaqlı tullanmada gümüş, halqalar ilə hərəkətlərin icrasında isə bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti