...

Azərbaycan üzgüçüsü Avropa çempionatında növbəti dəfə finala vəsiqə qazanıb

İdman Materials 7 İyul 2022 21:13 (UTC +04:00)

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Ramil Vəlizadə bu gün 100 metr batterflyay üsulunda üzmə yarışında da finala vəsiqə qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasından Trend-ə verilən məlumata görə, idmançımız 54.11 nəticə ilə finalın 8-nə daxil olub.

Azərbaycanın üzgüçülük tarixində bir ilkə imza atan Vəlizadə sabah medallar uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti