...

İslamiadada daha bir güləşçimiz bürünc medal qazanıb

İdman Materials 14 Avqust 2022 01:41 (UTC +04:00)
İslamiadada daha bir güləşçimiz bürünc medal qazanıb

Konya.Trend:

Azərbaycanın yunan-roma güləşçisi Sabah Şəriəti V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Trend-in məlumatına görə, o, Qazaxıstan idmançısı Anton Savenkoya 5:0 hesabı ilə uduzub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti