...

Azərbaycan gimnastlarından ibarət üçlük İslamiadanın gümüş müdalını qazanıb (FOTO)

İdman Materials 14 Avqust 2022 14:19 (UTC +04:00)
Azərbaycan gimnastlarından ibarət üçlük İslamiadanın gümüş müdalını qazanıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Konya. Trend:

V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlarda üçlük tərkibində çıxış edən Azərbaycan gimnastları gümüş medal qazanıblar.

Trend xəbər verir ki, üçlüyün tərkibində aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri - Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva və Vladimir Dolmatov olublar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti