...

“Qəbələ” “Şamaxı”ya qalib gəlib

İdman Materials 15 Avqust 2022 04:39 (UTC +04:00)
“Qəbələ” “Şamaxı”ya qalib gəlib

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci turun daha bir oyunu baş tutub.

Trend xəbər verir ki, Qəbələ şəhər stadionunda “Qəbələ” komandası ilə “Şamaxı” qarşılaşıb. Meydan sahibləri görüşdə 3:1 hesablı qələbə qazanıblar.

İlk qolu matçın 8-ci dəqiqəsində “qırmızı-qaralar”dan Rövlan Muradov vurub. İki dəqiqə sonra Murad Musayev fərqi artırıb. Oyunun 20-ci dəqiqəsində isə Felipe Santos 3-cü topu rəqib qapısından keçirib. Qonaq komandanın yeganə qolunu isə 56-cı dəqiqədə Amil Yunanov vurub.

Bununla da, ardıcıl ikinci qələbəsini əldə edən “Qəbələ" xallarının sayını 6-ya çatdırmaqla ikinci pilləyə yüksəlib. “Şamaxı” isə 8-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti