...

UEFA Çempionlar Liqası: “Qarabağ”- “Viktoriya Plzen” komandalarının oyunu heç-heçə başa çatıb

İdman Materials 17 Avqust 2022 22:45 (UTC +04:00)
UEFA Çempionlar Liqası: “Qarabağ”- “Viktoriya Plzen” komandalarının oyunu heç-heçə başa çatıb

Bakı. Trend:

“Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyuna çıxıb.

Trend xəbər verir ki, “Qarabağ”ın rəqibi Çexiyanın “Viktoriya Plzen” klubu olub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç heç-heçə başa çatıb - 0:0.

“Qarabağ”ın heyətində meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Bədavi Hüseynov, Kadi Borges, Abdullah Zubir, Ramil Şeydayev və İbrahima Vadji çıxıblar.

“Viktoriya Plzen”in start heyətində Yindrjix Stanek, Lukaş Heyda, Ludek Pernitsa, Yan Sikora, Yan Kopits, Pavel Buxa, Vatslav Yemelka, Lukaş Kalvax, Milan Havel, Con Moskera və Tomaş Xori yer alıblar.

Sloveniyalı baş hakim Slavko Vinçiçin idarə etdiyi qarşılaşma qarşılıqlı hücumlar şəraitində keçib.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq. Həmin matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti