...

Elnur Rzayev İslamiadanın gümüş medalçısı ilə görüşüb (FOTO)

İdman Materials 29 Avqust 2022 13:23 (UTC +04:00)
Elnur Rzayev İslamiadanın gümüş medalçısı ilə görüşüb (FOTO)

Bakı. Trend:

Elnur Rzayev V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan idmançı ilə görüşüb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Xaçmazlı idmançı Elvin Ağayevlə görüşüb. İdmançını təbrik edən icra başçısı ona gələcək yarışlarda uğurlar arzulayıb.

Elvin Ağayev idmançılara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını ifadə edib.

Sonda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Elvin Ağayevi qiymətli xatirə hədiyyəsi ilə mükafatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti