...

Amerikalı biznesmen "Everton" klubunu 430 milyon dollara ala bilər

İdman Materials 30 Sentyabr 2022 08:23 (UTC +04:00)
Amerikalı biznesmen "Everton" klubunu 430 milyon dollara ala bilər

Bakı. Trend:

İngiltərənin "Everton" klubunun sahibi Fərhad Moşiri klubun amerikalı iş adamı Matsek Kaminskiyə satılması ilə bağlı ilkin danışıqlar aparıb.

Trend xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumatı yayıb.

Qəzetin məlumata əsasən, müqavilənin məbləği təxminən 400 milyon funt sterlinq (təxminən 430 milyon dollar) təşkil edə bilər. F.Moşiri ilə M.Kaminski arasında danışıqlar son günlərdə irəliləyib.

Müqavilə İngiltərə Premyer Liqası tərəfindən təsdiqlənməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti