...

"Aston Villa" Cerrardı baş məşqçi vəzifəsindən qovub

İdman Materials 21 Oktyabr 2022 02:45 (UTC +04:00)
"Aston Villa" Cerrardı baş məşqçi vəzifəsindən qovub

Bakı. Trend:

İngiltərənin "Aston Villa" klubu Stiven Cerrardı klubun baş məşqçisi vəzifəsindən qovub.

Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytında cümə axşamı yerləşdirilən açıqlamada deyilir.

"Biz Stivenə zəhməti və fədakarlığına görə təşəkkür edirik və ona gələcək üçün ən yaxşısını arzulayırıq", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, cümə axşamı İngiltərə Premyer Liqasının 12-ci turunda “Aston Villa” “Fulhem”ə 0:3 hesabı ilə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti