...

Səhv etdik, amma Messi səhvləri bağışlamır - Meksika millisinin baş məşqçisi

İdman Materials 27 Noyabr 2022 05:39 (UTC +04:00)
Səhv etdik, amma Messi səhvləri bağışlamır - Meksika millisinin baş məşqçisi

Bakı. Trend:

Meksika yığmasının baş məşqçisi Xerardo Martino DÇ-2022-nin qrup mərhələsində Argentinaya məğlubiyyətdən danışıb, rəqibin hücumçusu Lionel Messini ayrıca qeyd edib.

Trend xəbər verir ki, bu barədə AS portalı məlumat yayıb.

"Nə qədər ki, imkan var, qrupdan çıxmaq üçün mübarizə aparacağıq. Biz də eyni şəkildə qol vurmalıyıq. Amma asan olmayacaq. Polşanın Səudiyyə Ərəbistanına vurduğu ikinci qol vəziyyəti daha da pisləşdirdi. İlk qolda detallarda səhvə yol verdik. Messi isə belə səhvləri belə bağışlamır. O, həlledici qola imza atdı", - deyə baş məşqçi bildirib.

Xatırladaq ki, ötən gün Dünya Çempionatının qrup mərhələsi çərçivəsində Argentina millisi ilə Meksika komandası qarşılaşıb. Oyun argentinalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti