...

"European Gymnastics"in Texniki Komitəsinin üzvü olmaq böyük şərəfdir - Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Ruslan Eyvazov

İdman Materials 4 Dekabr 2022 10:35 (UTC +04:00)
"European Gymnastics"in Texniki Komitəsinin üzvü olmaq böyük şərəfdir - Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Ruslan Eyvazov

Trend-i buradan izləyin

Albufeyra. Trend:

Mən "Gimnastika hamı üçün" növü üzrə "European Gymnastics"in Texniki Komitəsinin üzvü olmaqdan şərəf duyuram.

Bunu bazar günü Trend-ə Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Ruslan Eyvazov bildirib. O, dekabrın 2-3-də Portuqaliyanın Albufeyra şəhərində keçirilən Avropa Gimnastikasının (European Gymnastics) 29-cu Konqresində "Gimnastika hamı üçün" növü üzrə Texniki Komitənin üzvü seçilib.

"Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovu yenidən Avropa Gimnastikasının prezidenti seçilməsi münasibətilə təbrik etmək istəyirəm. Azərbaycandan Avropa Gimnastika Texniki Komitələrinə üç nümayəndə seçilib. Bu mənim üçün böyük şərəfdir, qələbəmi Azərbaycan Gimnastika Federasiyasının transformasiyasının 20 illiyinə həsr etmək istəyirəm", - deyə R.Eyvazov bildirib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndələri 2015-ci ildən etibarən "Gimnastika hamı üçün" növü üzrə yarışlarda iştirak edirlər.

"Hazırda ölkəmizin 19 rayonunda gimnastikanın bu növü üzrə bölmələr fəaliyyət göstərir. Bu il sentyabrın 9-da Azərbaycanın paytaxtında Bakıdan və ölkənin regionlarından 23 komandanın iştirak etdiyi “Gimnastika hamı üçün” növü üzrə ilk festival keçirilib", - deyə R.Eyvazov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti