Bakı. Trend:
2022-ci il ərzində 7 Antidopinq Qayda Pozuntusu üzrə artıq sanksiya qərarı qəbul edilib.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, boks idman növündə 2, ağır atletika idman növündə 2, güləş, karate və kikboksinq idman növlərinin hər birində isə 1 Antidopinq Qayda Pozuntusu ilə bağlı sanksiya qərarı verilib. "2022-ci il ərzində idmançılardan ümumilikdə 1456 test götürülüb. Bunlardan 770 yarış müddətində, 686-i isə yarışdan kənar müddətdə götürülüb", - deyə o əlavə edib.