Bakı. Trend:
Beşqat “Qızıl top”un sahibi portuqaliyalı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu ilə müqavilə imzalayıb.
Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti xəbər verib.
AFP-nin məlumatına görə, müqavilə 2025-ci ilə qədər olacaq.
"Bu, nəinki klubumuzu yeni uğurlara ruhlandıracaq, həm də liqamızı və gələcək nəsilləri özlərinin ən yaxşı versiyası olmağa ruhlandıracaq bir transferdir", - deyə klubun mətbuat xidmətindən bildiriblər.