...

Yurgen Klopp Almaniya millisini çalışdıracağını istisna etməyib

İdman Materials 5 Yanvar 2023 21:21 (UTC +04:00)
Yurgen Klopp Almaniya millisini çalışdıracağını istisna etməyib

Bakı. Trend:

“Liverpul”un baş məşqçisi Yurgen Klopp futbol üzrə Almaniya millisini çalışdıracağını istisna etməyib.

Trend xəbər verir ki, bu barədə Y.Klopp cümə axşamı "Bild"ə açıqlamasında deyib.

"Ola bilər ki, nə vaxtsa Almaniya millisinin baş məşqçisi olum. Ancaq bunun üçün işləmək lazımdır. “Liverpul”dan ayrılsam, bir il heç nə etməyəcəyəm", - deyə baş məşqçi bildirib.

Almaniyalı mütəxəssis 2015-ci ildən "Liverpul"u çalışdırır.

Xatırladaq ki, Almaniya millisinin hazırkı baş məşqçisi Hans-Diter Flikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti