...

"Mançester Yunayted" "Beşiktaş" ilə hücumçu Veqxorstun transferi barədə razılaşıb

İdman Materials 11 Yanvar 2023 00:14 (UTC +04:00)
"Mançester Yunayted" "Beşiktaş" ilə hücumçu Veqxorstun transferi barədə razılaşıb

Bakı. Trend:

"Mançester Yunayted" hollandiyalı hücumçu Vaut Veqxorstun transferi ilə bağlı şifahi razılığa gəlib.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü "The Guardian" qəzeti məlumat yayıb.

Hüquqları İngiltərənin "Börnli" klubuna məxsus olan futbolçunun icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi "Mançester Yunayted" Türkiyənin "Beşiktaş" klubuna 3 milyon avro ödəyəcək.

"Beşiktaş" yalnız Veqxorstun əvəzinə uyğun futbolçu tapdığı təqdirdə son təsdiqini verəcək. 30 yaşlı futbolçunun mövsümün ikinci hissəsini “Mançester Yunayted”də keçirəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti