...

“Şamaxı” klubunun Rumıniya təmsilçisi ilə yoxlama oyunu yarımçıq dayandırılıb

İdman Materials 12 Yanvar 2023 02:04 (UTC +04:00)
“Şamaxı” klubunun Rumıniya təmsilçisi ilə yoxlama oyunu yarımçıq dayandırılıb

Bakı. Trend:

Antalyada təlim-məşq toplanışında olan “Şamaxı” futbol klubunun Rumıniyanın "Botoşani" komandası ilə yoxlama oyunu yarımçıq dayandırılıb.

Trend klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.

Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə hakim görüşü saxlayaraq oyunun bitdiyini elan edib.

Beləliklə, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "Şamaxı" günün ilk matçında Qazaxıstan "Kaysar"ı ilə qolsuz heç-heçə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti