...

ÇL: "Mançester Siti" öz meydanında "Bavariya"nı darmadağın edib (VİDEO)

İdman Materials 12 Aprel 2023 01:02 (UTC +04:00)
ÇL: "Mançester Siti" öz meydanında "Bavariya"nı darmadağın edib (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Trend xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubu öz meydanında Almaniyanın "Bavariya" klubunu qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Rodri (27-ci dəqiqə), Bernardu Silva (70) və Erlinq Holand (76) vurublar.

Qeyd edək ki, cavab qarşılaşması aprelin 19-u Münhendə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti