...

Bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinə start verilib (FOTO)

İdman Materials 25 Aprel 2023 20:34 (UTC +04:00)
Bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinə start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 25-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinə start verilib.

Trend bu barədə çərşənbə axşamı xəbər verir.

Bədii gimnastika üzrə məşqçi Vəfa Bəkirovanın sözlərinə görə, yarışlarda səkkiz idman məktəbi və klubun yetirmələri olan gənc idmançılar iştirak edirlər.

"Birincilikdə 100-dən çox gimnast iştirak edir, onlar "balacalar", "yeniyetmələr" və "gənclər" yaş kateqoriyalarında çıxış edirlər. Bu yarışların keçirilməsi perspektiv idmançıların üzə çıxarılmasında böyük rol oynayır", - deyə o vurğulayıb.

Qeyd edək ki, 25-27 aprel tarixlərində keçirilən yarışlarda “Ocaq Sport” klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi və FHN İdman-Sağlamlıq Kompleksinin təmsilçiləri iştirak edirlər.

Birincilikdə gimnastlar "balacalar" (2013-2015-ci il təvəllüdlü), "yeniyetmələr" (2011-2012-ci il təvəllüdlü), "gənclər" (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Yarışın birinci günündə balacalar və yeniyetmələr fərdi proqramda alətsiz hərəkətlər üzrə çıxışlarını nümayiş etdirirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti