...

Aljaymen Sterlinq UFC çempionu titulunu qoruyub

İdman Materials 7 May 2023 10:48 (UTC +04:00)

Bakı. Trend:

Amerikalı qarışıq döyüş ustası Aljameyn Sterlinq ABŞ-ın Nyuark şəhərində keçirilən "UFC 288"in əsas döyüşündə həmyerlisi Henri Sexudoya qalib gəlib.

Trend xəbər verir ki, beş raunddan sonra A.Sterlinq hakimlərin qərarı ilə qalib olub.

Bu döyüşdə qalib gələrək 33 yaşlı A.Sterlinq UFC çempionu titulunu qoruyub.

Qeyd edək ki, H.Sexudo üzərində qələbə onun UFC-də 23-cü qələbəsi olub (3 məğlubiyyət).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti