Bakı. Trend:
Londonun “Arsenal” futbol klubu yarımmüdafiəçi Deklan Raysın transferi ilə bağlı “Vest Hem”lə razılığa gəlib.
Trend-in məlumatına görə, futbolçu yaxın zamanda tibbi müayinədən keçəcək və bundan sonra "Arsenal"la müqavilə imzalayacaq.
Transfer məbləği 122 milyon avro təşkil edəcək.
İngiltərə Premyer Liqasının son mövsümündə Deklan Rays 37 görüşdə iştirak edib və bu görüşlərdə dörd qol vurub və iki məhsuldar ötürmə edib.