Bakı. Trend:
“Səbail”in heyətinə qatacağı futbolçulardan biri bəlli olub.
Trend xəbər verir ki, Bakı klubu Aleksandr Ramalinqomu transfer etməyə hazırlaşır.
Baş məşqçi Şahin Diniyev Fransa vətəndaşı olan Madaqaskar əsilli legioneri öz meydançasında görmək istəyir. Fransada “Sedan” klubunun formasını geyinən 30 yaşlı mərkəz hücumçusu “Səbail”ə keçidə razılıq verib. Forvardın yeni klubuna Türkiyə toplanışında qoşulacağı gözlənilir.