Bakı. Trend:
Bu gün Londonda yerləşən "Uembli" stadionunda futbol üzrə İngiltərə Super Kubokunun final oyunu keçirilib.
Trend xəbər verir ki, finalda "Arsenal" və "Mançester Siti" klubları üz-üzə gəliblər. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib. "Mançester Siti"nin heyətində qolu Koul Palmer (77-ci dəqiqə), "Arsenal"ın heyətində isə Leandro Trossard (90+11) vurublar.
Penalti seriyasında "Arsenal" futbolçuları daha dəqiq olub və 4:1 hesabı ilə rəqibi məğlub ediblər.
Beləliklə, London təmsilçisi "Arsenal" 17-ci dəfə İngiltərə Super Kubokunun qalibi olub.