...

“Qarabağ” Braziliya millisinin sabiq futbolçusunu alır

İdman Materials 26 Avqust 2023 17:27 (UTC +04:00)
“Qarabağ” Braziliya millisinin sabiq futbolçusunu alır

Bakı. Trend:

Braziliyanın U-17 və U-20 millisinin sabiq futbolçusu Qabriel Boskiliya karyerasını “Qarabağ”da davam etdirə bilər.

Trend xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda “Qarabağ”la münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Q.Boskiliya artıq “Koritiba” klubu ilə yollarını ayırıb.

Xatırladaq ki, braziliyalı futbolçu karyerası ərzində Fransanın “Monako”, “Nant”, Belçikanın “Standard”, Braziliyanın “İnternasional” klublarının şərəfini qoruyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti