...

"Sabah" "Qalatasaray"ın sabiq futbolçusunu transfer etdi

İdman Materials 5 Sentyabr 2023 15:07 (UTC +04:00)

Bakı. Trend:

"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Trend xəbər verir ki, "Sabah" bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.

Paytaxt təmsilçisi nigeriyalı Cessi Sekidikanı transfer edib. Onunla 2+1 illik müqavilə imzalanıb. Afrikalı futbolçu 70 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 27 yaşlı oyunçu karyerası ərzində Türkiyədə "Eskişehirspor", "Qalatasaray", "Konyaspor", "Eyüpspor" və "Ümraniyespor" kimi klubların formasını geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti