...

“Qarabağ”ın rəqibi yoxlama görüşü keçirəcək

İdman Materials 5 Sentyabr 2023 17:23 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan Almaniyanın “Bayer 04” klubu yoxlama görüşü keçirəcək.

Trend Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Xabi Alonso yetirmələrini sentyabrın 7-də sınaqdan keçirəcək.

Rəqib Regionalliqa təmsilçisi “Alemanniya” olacaq. “Bay Arena”da baş tutacaq görüşdə “Bayer 04”ün əsasən U-19 və U-17 komandalarının üzvləri iştirak edəcəklər. Çünki əsas komandanın 15 futbolçusu müxtəlif millilərə çağırılıb.

Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti