...

Oyun zamanı huşunu itirən azərbaycanlı futbolçudan XƏBƏR VAR - Son vəziyyəti açıqlandı

İdman Materials 3 Noyabr 2023 23:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Premyer Liqanın 12-ci turunda "Turan Tovuz"a qarşı keçirilən oyunda huşunu itirərək xəstəxanaya aparılan "Səbail"in kapitanı Ağabala Ramazanovun son durumu açıqlanıb.

Klubun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ramazanov həkim nəzarətindədir.

"Ağabala hazırda həkim nəzarətindədir. Lakin hazırda durumu qeyri-müəyyəndir. Yekun müayinədən sonra vəziyyətinin nə yerdə olduğunu biləcəyik", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən "Səbail" - "Turan Tovuz" matçının 45-ci dəqiqəsində qorxunlu anlar yaşanıb. Meydan sahiblərinin futbolçusu Ağabala Ramazanov rəqib futbolçu ilə toqquşmada yerdə qalıb. Dərhal meydana hər iki komandanın tibbi personalı daxil olub. Futbolçunun durumu kritik olduğu üçün o, ambulansla xəstəxanaya aparılıb.

Xəbər lenti

Xəbər lenti