...

Uqandalı idmançı Keniyada bıçaqlanaraq öldürülüb

İdman Materials 1 Yanvar 2024 05:33 (UTC +04:00)
Uqandalı idmançı Keniyada bıçaqlanaraq öldürülüb

Bakı. Trend:

Uqandanı üç Olimpiya Oyununda təmsil etmiş atlet Bencamin Kiplaqat Keniyada bıçaqlanaraq qətlə yetirilib.

Trend-in məlumatına görə, bu barədə "BBC" xəbər verib.

Məlumata əsasən, 2012-ci ildə London Olimpiadasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışının yarımfinalçısı olan 34 yaşlı idmançı atletlər üçün ən yaxşı təlim mərkəzi hesab edilən Keniyanın Eldoret qəsəbəsi yaxınlığında avtomobildə boynundan və sinəsindən bıçaqlanmış vəziyyətdə tapılıb.

Qətl hadisəsi ilə bağlı məlumat yayan Dünya Atletikası idmançının öldürülməsi barədə xəbərin sarsıdıcı olduğunu açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti