...

“Neftçi” heyətinə yeni oyuçunu cəlb edib

İdman Materials 16 Yanvar 2024 22:58 (UTC +04:00)
“Neftçi” heyətinə yeni oyuçunu cəlb edib

Bakı. Trend:

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə klubdan bildiriblər. Məlumata görə, Syerra-Leone milli komandasının futbolçusu Alfa Konte ilə 2,5 + 1 illik müqavilə bağlanıb.

23 yaşlı vinger komandanın heyətində 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Alfa Konte Syerra-Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel Umm Əl-Fəhm” (2021-2022), “Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib. Gənc futbolçu Syerra-Leone milli komandasının heyətində 2 oyun keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti