Bakı. Trend:
Karate üzrə Azərbaycan milli komandasının üzvü Fidan Teymurova Fransada keçirilən Premyer Liqa turnirində üçüncü yeri tutub.
Federasiyadan Trend-ə verilən məlumata görə, karateçi 50 kiloqram çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, dünən başa çatan turnirdə Azərbaycan 7 idmançı ilə təmsil olunub. Yığma yarışı bir medalla tamamlayıb.