Bakı. Trend:
Azərbaycan karateçiləri Tbilisidə keçirilən Avropa Çempionatında uğurla çıxış edərək 8 medal qazanıblar.
Trend xəbər verir ki, “European Cadet, Junior&21 Karate Championship” yarışında 49 ölkədən 1166 idmançı iştirak edib.
Azərbaycanlı idmançılardan Fərid Hacızadə (55 kq) və Aslan Dostuyev (61 kq) qızıl medal qazanıblar.
Daha iki idmançımız - Osman Osmanli (+84 kq) və Cahangir Qayıbov (+70 kq) isə gümüş medalla sahib olublar.
İdmançılarımız Hüseyn Məmmədli (67 kq), Ələddin Məlikov (63 kq), Rəvan Abbasov (57 kq), Vüsal Qəmbərov isə (52 kq) bürünc medal qazanıblar.