...

Azərbaycanın tanınmış futbolçusu insult keçirdi

İdman Materials 12 Fevral 2024 15:36 (UTC +04:00)
Azərbaycanın tanınmış futbolçusu insult keçirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev insult keçirib.

Bu barədə Trend-ə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Hadisə ötən həftəsonu baş verib.

AFFA-nın dəstəyi ilə özəl xəstəxanalardan birinə yerləşdirilən keçmiş forvardın müalicəsi reanimasiyada davam etdirilir.

Onun vəziyyətinin sabit olduğu və yaxın vaxtlarda palataya köçürüləcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 33 oyuna 2 qol vurmuş Vadim Vasilyev karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi” “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.

Xəbər lenti

Xəbər lenti