...

Güclü yanğın səbəbindən "Qranada" - "Valensiya" matçı təxirə salınıb

İdman Materials 24 Fevral 2024 17:59 (UTC +04:00)

Bakı. Trend:

İspaniya çempionatının 26-cı turu çərçivəsində keçiriləcək "Qranada" - "Valensiya" matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə La Liqa məlumat yayıb.

Buna səbəb axşam saatlarında Valensiyada baş vermiş güclü yanğın olub. Oyunun təxirə salınmasını şəhərin eyniadlı klubunun nümayəndələri istəyib.

Yanğın nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb, 20 nəfər itkin düşüb. Bu, Valensiyanın tarixində ən böyük yanğın hadisədir.

Qeyd edək ki, "Qranada" – "Valensiya" matçı bu gün saat 17:00-da keçirilməliydi.

Xəbər lenti

Xəbər lenti