...

KTMT-də “dondurulma” rejimi yoxdur - Kreml

İdman Materials 26 Fevral 2024 16:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyün “dondurulması” rejimi mövcud deyil.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Müvafiq sənədlərə baxsaq, görərik ki, KTMT-nin planında belə rejim mövcud deyil. Təmas saxlayacağıq, aydınlaşdıracağıq”, -deyə Peskov jurnalistlərə bildirib.

O əlavə edib ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı mövqeyi də hələ aydın deyil.

Bundan əvvələ Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan KTMT-də üzvlüyünü “dondurub”. Həmin təşkilatın bəyanatında isə bildirilib ki, üzvlüyün dayandırılması ilə bağlı İrəvandan heç bir müraciət daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti