...

“Barselona” Dani Alvesin adını əfsanələr siyahısından çıxardı

İdman Materials 27 Fevral 2024 13:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın “Barselona” komandası sabiq futbolçusu Dani Alvesin adını əfsanələr siyahısından çıxarıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi təcavüz ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum olunan braziliyalı oyunçunun fotosunu klubun rəsmi saytından silib.

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü 2008-2016 və 2021-2022-ci illər mövsümündə "Barselona"da çıxış edib. O, İspaniya nəhənginin heyətində 6 dəfə La Liqanın, 4 dəfə Kral Kubokunun, 4 dəfə İspaniya Superkubokunun, 3 dəfə Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Xəbər lenti

Xəbər lenti