Bakı. Trend:
AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının vaxtı dəqiqləşib.
Trend-in İdman.biz-ə istinadən xəbərinə görə, bu barədə qərarı qurumun İcraiyyə Komitəsi verib.
Komitənin iclası bu gün Gəncədə baş tutub. Qərara alınıb ki, Konfrans aprelin 2-də təşkil olunsun. Tədbirdə qurumun yeni prezidenti və İcraiyyə Komitəsi seçiləcək.
Qeyd edək ki, iclasının sonunda AFFA prezidenti Rövnəq Abdullayev namizədliyini irəli sürməyəcəyini bildirib.