Bakı. Trend:
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarının rəmzi komandası açıqlanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, həftənin “11-liy”ini “Sofascore” tərtib edib.
Almaniya “Bayer”i ilə qarşılaşan “Qarabağ” da “11-lik”də təmsil olunub. Yassin Benzia rəmzi komandaya daxil edilib. O, 2:2 hesabı ilə basan çatan görüşdə ilk qolun müəllifidir.
Qapıçı: Noa Atubolu (“Frayburq”);
Müdafiəçilər: Ndiçka, Şansel Mbemba (“Marsel”), Canluka Mançini (“Roma”);
Yarımmüdafiəçilər: Yassin Benzia (“Qarabağ”), Stefan El-Şaravi (“Roma”), Aleksis Makallister (“Liverpul”), Anhel di Mariya (“Benfika”);
Hücumçu: Pyer-Emerik Obameyanq (“Marsel”), Canluka Skamakka (“Atalanta”), Darvin Nunyes (“Liverpul”).
Qeyd edək ki, pley-offun ilk oyunlarında Andrey Lunyov, Abdulla Zubir, Marko Yankoviç “11-lik”də yer almışdı. Sonuncu cavab görüşlərindən sonra da heyətə daxil edilmişdi.