...

Qış idman növlərində ölkəmizin nəticələri hələlik zəifdir - Çingiz Hüseynzadə

İdman Materials 9 Mart 2024 11:07 (UTC +04:00)
Qış idman növlərində ölkəmizin nəticələri hələlik zəifdir - Çingiz Hüseynzadə
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qış idman növlərində bizim ölkənin nəticələri hələlik zəifdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Şahdağda Beynəlxalq Xizək Alpinizmi yarışının açılış mərasimində deyib.

Ç.Hüseynzadə bildirib ki, Azərbaycanda ilk dəfə bu kateqoriyada yüksək səviyyəli yarış keçirilir.

“Bu yarış olimpiya idman növlərinə əlavə olunub. Azərbaycan da bu yarışda geniş heyətlə iştirak edir. Qış idman növlərində bizim ölkənin nəticələri hələlik zəifdir. Ümid edirəm ki, bu yarışların keçirilməsi ilə Azərbaycanda bu idman növləri inkişaf edəcək və daha yüksək nəticələr əldə edəcəyik”, - deyə Ç.Hüseynzadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti