Bakı. Trend:
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
O, qadın futbolçulardan ibarət komandalar arasında Lüksemburq – Albaniya oyununun UEFA nümayəndəsi olacaq. Bu matç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 5-ci qrupunda baş tutacaq. Aprel 5-də keçiriləcək matç saat 21:30-da başlayacaq.
Qeyd edək ki, qarşılaşma Lüksemburqun Esç-sur-Alzet şəhərindəki "Emile Mayrisch" stadionunda keçiriləcək.