...

Danimarkalı müdafiəçi "Milan"ı tərk edəcək

İdman Materials 22 May 2024 06:57 (UTC +04:00)

Bakı. Trend:

Simon Kyaer mövsümün sonunda “Milan”ı tərk edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə danimarkalı futbolçu özü məlumat verib.

35 yaşlı müdafiəçi həftəsonu İtaliya klubunda son oyununu keçirəcəyini bildirib: “4 ildə burada çox şeyə nail oldum. İndi ayrılmaq vaxtıdır. “San-Siro”da son oyunumu keçirəcəm. Sonra məni Danirmarka yığmasında növbəti sərgüzəşt gözləyir”.

Qeyd edək ki, Simon 2020-ci ildən “Milan”da çıxış edir. O, 4 ildə A Seriyasında 90 oyun keçirib və 2021/22 mövsümündə Skudettonu qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti