Bakı. Trend:
“Real”ın hücumçusu Rodriqo “Mançester Siti”yə keçə bilər.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.
Kilian Mbappenin Madrid klubuna keçməsindən sonra Rodriqonun meydana çıxmaq şansı az görünür. Braziliyalı futbolçu bu səbəbdən “Real”ı tərk etməyi planlaşdırır. Amma madridlilərin 170 milyon avro transfer tələbi ingilisləri geri addım atmağa vadar edə bilər.
Qeyd edək ki, Rodriqo 2019-cu ildən “Real”da oynayır. Onun klubla 2028-ci ilin iyunun sonuna kimi müqaviləsi var.