...

Azərbaycan çempionunun Avropadakı rəqibləri müəyyənləşib

İdman Materials 31 May 2024 15:24 (UTC +04:00)

Bakı. Trend:

2024/25 mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal”ın rəqibləri bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mübarizəyə ilkin mərhələdən başlayacaq təmsilçimiz B qrupunda yer alıb.

Azərbaycan Region Liqasının çempionu İsveçin “Qothenburq” və Gürcüstanın “Football School Bridge” komandaları ilə qarşılaşacaq. Oyunlar iyunun 28-dən iyulun 4-dək Gürcüstanda təşkil olunacaq.

Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu mərhələnin görüşləri oktyabrın 21-27-də İsveçrədə keçiriləcək.

Qeyd edək ki, “Şimal” 2023/24 mövsümündə AFFA Region Liqasının qalibi olmaqla II Liqada oynamaq hüququ qazanıb.

Xəbər lenti

Xəbər lenti