...

“Turan Tovuz” daha bir futbolçusu ilə müqaviləni uzadıb

İdman Materials 5 İyun 2024 10:10 (UTC +04:00)

Bakı. Trend:

“Turan Tovuz” daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu qərblilərin mətbuat xidməti açıqlayıb.

Emmanuel Hakman daha 1 il “Turan Tovuz”da çıxış edəcək. Toqolu müdafiəçi ilə yeni müqavilənin müddəti 2024/25 mövsümünün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, “Turan Tovuz” bunadək Şəhriyar Əliyev və Aleks Souza ilə də müqaviləni uzadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti