Bakı. Trend:
“Turan Tovuz” daha bir futbolçusunu heyətində saxlayıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, komanda Oto Conla yeni müqavilə imzalayıb.
Razılıq növbəti 1 il üçün nəzərdə tutulub.
Nigeriyalı hücumçu 2023/24-cü illər mövsümündə 10 qolla tovuzluların ən sərrast futbolçusu olub.