...

Ukraynalı hücumçu “Atletiko” yolunda

İdman Materials 12 İyun 2024 03:05 (UTC +04:00)

Bakı. Trend:

Ukraynalı futbolçu Artyom Dovbik “Atletiko”da çıxış edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Madrid klubu 26 yaşlı futbolçu ilə müqvilə imzalayacaq.

Dovbikin çıxış etdiyi “Jirona” keçidə yaşıl işıq yandırıb. Onun müqaviləsində 40 milyon avroya satış maddəsi yer alıb. Madrid klubu bu məbləği ödəməklə transferi reallaşdıra bilər.

Qeyd edək ki, ukraynalı 2023/2024 mövsümündə 41 oyunda 25 qol və 10 ötürmə ilə yadda qalıb. Artyomun “Jirona” ilə 2028-ci ilin yayına kimi müqaviləsi var.

Xəbər lenti

Xəbər lenti