...

“Qarabağ”ın hazırlıq planı açıqlandı

İdman Materials 12 İyun 2024 10:54 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək.

Millilərin üzvü olan futbolçular komandanın hazırlığına ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanış çərçivəsində iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Azərbaycan çempionu iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti