...

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

İdman Materials 15 İyun 2024 23:32 (UTC +04:00)
“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Bakı. Trend:

“Zirə” komandası yeni futbolçu ilə anlaşıb.

Klubdan Trend-ə verilən məlumata görə, “qartallar” “Kəpəz”dən Junior Martinsi transfer edib. Braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu karyerası ərzində ölkəsini ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında çıxış edib.

Xəbər lenti

Xəbər lenti