...

Joao Feliksə Türkiyədən təklif

İdman Materials 17 İyun 2024 07:10 (UTC +04:00)

Bakı. Trend:

“Fənərbaxça” portuqaliyalı futbolçu Joao Feliksi transfer edə bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb.

Komandanın yeni baş məşqçisi Joze Mourinyo həmyerlisini heyətə cəlb olunmasını arzulayır. “Atletiko”ya məxsus Feliks son mövsümü icarə əsasında “Barselona”da keçirib. “Fənərbaxça” onun icarə olunması variantını nəzərdən keçirir.

Qeyd edək ki, 24 yaşlı hücumçu 2023/2024 mövsümündə 44 oyunda 10 qol və 6 ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti