...

“Mançester Yunayted” Niderlandlı futboçunu 40 milyon avroya almaq istəyir

İdman Materials 22 İyun 2024 04:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trnd:

“Mançester Yunayted” Coşua Zirkzeni heyətinə cəb etmək niyyətindədir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ingilis klubu futbolçu üçün tələb olunun məbləği ödəməyə hazırdır.

“Bolonya”da çıxış edən yarımmüdafiəçinin müqaviləsində 40 milyon avro qarşılığında sərbəst qalma maddəsi yer alıb. “Mançester Yunayted”in rəhbərliyi ödənişi həyata keçirməklə niderlandlı futbolçunun transferini rəsmiləşdirəyi düşünür.

Qeyd edək ki, 23 yaşlı Zirkzenin “Milan”la ilkin razılıq əldə etdiyi bildilir. O, Milan klubunda ilə 4 milyon avro qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti